ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CETCOM) rəsmi Tvitter səhifələri üzərindən skandal paylaşımla əsl mahiyyətini ortaya qoyub.
Teleqraf.com xəbər verir ki, CETCOM-un İŞİD-lə mübarizədə beynəlxalq koalisiyasının sözçüsü Vayne Marotto Tvitterdə PKK/YPG terror təşkilatının əlavəsi olan Suriya Demokratik Güclərinə (SDG) tərif yağdırıb.
Matotto ingilis və kürdcə paylaşımlarında “Bu gün Kobaninin qurtuluş günüdür. 2015-ci ilin 26 yanvarında kürd döyüşçülər Kobanini xilas edib və İŞİD-in məğlubedilməz olmadığını göstərib. Etibarlı və bacarıqlı bir ortaq nümunə olduqları üçün kürdləri təbrik edirəm” ifadəsi ilə terror təşkilatı PKK-nın Suriya qolu SDG-ni tərifləyib.