28 Yanvar 2021 10:44
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş qərargah rəisi Əviv Koçavi ordunun Tehranın nüvə obyektlərinə ola biləcək bir hücuma hazır olmasını əmr etməsindən sonra İran buna cavab olaraq, Təl-Əviv və Hayfaya zərbə vuracağı ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, İran Baş Qərargahının sözçüsü, general Əbülfəzl Şikarçı Koçavinin hücum təhdidlərinə cavab verib.

İsrailin təhdidlərini “psixoloji müharibə” və ya “səhv” olaraq qəbul etdiklərini söyləyən Şikarçı bildirib: “Onların ən kiçik səhvlərində həm İrana hücum etməyə hazırlaşdıqları raket bazalarını vurarıq, həm də Hayfa və Təl-Əvivi yerlə-yeksan edərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər