Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın və ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, tərəflər Türkiyə və ABŞ münasibətlərini, Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr, Əfqanıstan, COVID-19 pandemiyası ilə bağlı məsələləri müzakirə edib.
Müzakirə edilən önəmli məsələlərdən biri də Dağlıq Qarabağ olub.
Müzakirələr əsnasında iki ölkə arasında qarşıdakı dövr üçün güclü, uzunmüddətli və konstruktiv münasibətlər modelinin hazırlanması istəyi vurğulanıb. Tərəflər eyni zamanda NATO ittifaqının gücləndirilməsi və möhkəmləndirilməsi üçün addımların atılmasının zəruri olduğuna dair də eyni mövqedən çıxış edib.