4 Fevral 2021 12:58
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis bir neçə qadına təcavüz etməkdə günahlandırılan amerikalı rokçu Merilin Mansonun evinə basqın edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, polis yoxlanış aparmaq üçün musiqiçinin evinə gəlib. Sayt qeyd edib ki, polisə rokçunun evində “narahatlıq yaradan hadisə” barədə məlumnat daxil olub.

İlkin yoxlanış zamanı evə daxil ola bilməyən polislər Mansonun malikanəsinin ərazisini tərk ediblər, lakin bir neçə saatdan sonra daha böyük heyətdə və helikopterlərlə geri qayıdıblar.

Məlum olub ki, 11 qadın Mansondan fiziki və ya psixoloji təcavüz ittihamı ilə polisə şikayət edib.

Həmin qadınlardan biri 2000-ci illərin sonunda rokçu ilə tanış olan aktrisa Evan Reyçel Vuddur. Eyni zamanda, musiqiçinin keçmiş həyat yoldaşı Dita Fon Tiz İnstaqramda Manson ilə yeddi illik münasibətlərində heç vaxt istismara məruz qalmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər