5 Fevral 2021 12:44
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul boğazında güclü duman və çiskin müşahidə edilməsi görmə məsafəsinin yarım milə düşməsinə səbəb olub və nəticədə gəmi keçidləri iki tərəfli dayandırılıb.

Teleqraf.com-un məlumatına görə, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin İstanbul Liman İdarəsi faktı təsdiq edərək bildirib ki, Çanaqqala istiqamətində də güclü duman var və bu səbəbdən də İstanbul boğazı, Çanaqqala keçidi gəmilər üçün bağlanıb.

Çanaqqala Boğazı Gəmi Xidməti şimaldan və cənubdan gələn gəmi kapitanlarına da məlumat verilib.

Qeyd edilir ki, duman təsirini itidikdən sonra gəmilər normal şəkildə işinə davam edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər