Demokratik Birlik Partiyası (DBP) Azad Suriya Ordusu (ASO) ilə Kobaniyə əsgər göndərmək məsələsində razılığa gəlməyib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu DBP sədri Saleh Müslim bildirib. Onun sözlərinə görə, ASO Kobaniyə girəcəyi təqdirdə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı ikinci cəbhə açılacaq: “Suriya ordusu ilə danışıqlar davam edir. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi razılıq hələ əldə olunmayıb”.
Qeyd edək ki, ASO-nun komandirlərindən olan Abdülcabber Akidi dünən verdiyi açıqlamada 36 saat ərzində Kobaniyə 1300 nəfərlik canlı qüvvənin göndəriləcəyini bildirib.
Samir