Türkiyə ilə Fransa arasında Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ, Suriya və Liviya mövzuları müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın sözçüsü İbrahim Qalın ilə Fransa Prezidenti Emmanuel Makronun diplomatiya üzrə müşaviri Emmanuel Bonne arasında telefon müzakirəsi baş tutub.
Tərəflər iki ölkə arasında münasibətlər, Türkiyə-Avropa Birliyi münasibətləri, Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ, Suriya və Liviya mövzuları ətrafında fikir mübafilısi aparıb.