10 Fevral 2021 22:13
2 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtondakı yeni rəhbərliklə yeni bir yanaşmanı sınamaq üçün bir fürsət var, amma açıq pəncərə sürətlə bağlanır”.

Teleqraf.com xəbər verir ki, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa sanksiyaları ləğv etmək üçün qərar verməsə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin nüvə proqramına nəzarətinin azaldılması da daxil olmaqla nüvə fəaliyyətlərini genişləndirmək üçün addımlar atılacaq.

ABŞ rəhbərliyini nüvə anlaşmasına qayıtmağa və sanksiyaları ləğv etməyə çağırdığını təkrarlayan Zərif bildirib: “Vaşinqtondakı yeni rəhbərliklə yeni bir yanaşmanı sınamaq üçün bir fürsət var, amma açıq pəncərə sürətlə bağlanır”.

Zərif ABŞ və Avropanın nüvə sazişi çərçivəsində götürdükləri öhdəliklərini yerinə yetirməyəcəkləri təqdirdə, tezliklə nüvə sahəsində yeni addımlar atacaqlarını vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bundan əvvəl verdiyi açıqlamada İranın uranı zənginləşdirmək fəaliyyətinin dayandırılmayacağı təqdirdə, sanksiyaların ləğv edilməyəcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər