“Bayden administrasiyası ilə yeni bir səhifə açacağımıza inanırıq. O, Türkiyəni və Prezidentimizi yaxşı tanıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O, Baydenin Türkiyə ilə bağlı mənfi fikirlər səsləndirməsinin seçkilərdən əvvəlki dönəmə təsadüf etdiyini bildirib:
“Özü Türkiyə və türk siyasətini yaxşı tanıyır. Sözügedən açıqlamaları xoşagələn deyildi, bunları qəbul etmədik, ritorikasının tonunu dəyişdirəcək”.
Kalın Baydenin komandasının peşəkarlardan ibarət olduğunu və Türkiyəni tanıdıqlarını vurğulayıb: “Xüsusən Suriyadan İraq, Liviyadan Qafqaza qədər baş verənləri nəzərə alsalar, Türkiyənin strateji önəmini münasibətlərin mərkəzində saxlayacaqlar. İnanıram ki, Türkiyə də belə bir müsbət münasibətə hazırdır”.
Kalın keçmiş prezident Donald Trampın Türkiyənin dostu olduğunu və bu ölkəni dost kimi qəbul etdiyini dilə gətirdiyini bildirib.
O, Baydenin vaxtilə vitse-prezident olarkən Türkiyəyə dörd dəfə səfərə gəldiyini xatırladıb və Rusiyadan raket sistemlərinin alınması ilə bağlı tərəflər arasında yaranmış anlaşılmazlıq haqda bunları deyib:
“Cənab prezident “Patriot” və ya başqa bir NATO ölkəsindən başqa bir müdafiə sisteminin satın alınması ilə bağlı Türkiyənin görüşlərə hazır olduğunu bildirib. Bunu etmıəyə hazırıq. Bayden Türkiyə və prezidentimizi yaxşı tanıyır”.