İranda ötən sutka ərzində 62 nəfər koronavirusdan (COVID 19) ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 945 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 390 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 518 263 nəfərə çatıb. Virus daşıyıcılarından 3 709 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 10 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.