15 Fevral 2021 14:40
6 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşını vəhşicəsinə öldürməsindən bir neçə saat sonra Fransa mətbuatından terrorçulara rüsvayçı dəstək gəlməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, günahsız insanların qətlə yetirilməsinə gözlərini yuman “La Marseillaise” və “L'Humanité” qəzetləri “PKK-ya azadlıq” çağırışları edib.

“La Marseillaise” qəzeti PKK lideri Abdullah Öcalanın fotosuna manşetdə yer verib.

Nəşr “Öcalan üçün azadlıq” çağırışı edib.

“L'Humanité” qəzeti isə bildirib ki, Öcalan danışıqlar üçün sərbəst buraxılmalıdır.

Nəşr öz məqaləsində Türkiyə ilə bağlı təkəbbürlü və rüsvayçı ifadələrə yer verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər