16 Fevral 2021 23:36
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreyanın ABŞ-ın dərman istehsalçısı “Pfizer”ə qarşı kiber hücum həyata keçirdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya hakerləri tərəfindən həyata keçirildiyi iddia olunan hücumun hədəfinin “Pfizer”in COVID-19 peyvəndi və onun müalicəsi barədə texnoloji məlumatları oğurlamaq olduğu bildirilib.

NIS kiber hücumların nə vaxt həyata keçirildiyi və ya uğurlu olub-olmadığı barədə dəqiq məlumat verməsə də, Şimali Koreya hakerlərinin son bir ildə “Johnson & Johnson”, “Novavax” və “AstraZeneca” da daxil olmaqla ən azı 9 əczaçılıq şirkətinə kiber hücum təşkil etdiyini vurğulayıb.

NIS Şimali Koreyanın koronavirus peyvəndi hazırlayan Cənubi Koreyanın əczaçılıq şirkətlərinə sızmaq cəhdlərinin də qarşısının alındığını bildirib.

Şimali koreyalı hakerlərin əldə edəcəyi məlumatlardan peyvənd hazırlamaq üçün istifadə etmək əvəzinə satmaq istədikləri iddia olunub.
Şimali Koreyanın COVAX proqramı vasitəsilə bu ilin ilk yarısına qədər təxminən 2 milyon doza “AstraZeneca-Oxford” COVID-19 peyvəndi alacağı gözlənilir. Digər tərəfdən, Şimali Koreya pandemiyanın başlanğıcından bəri ölkədə koronavirusa yoluxma hallarının təsdiqlənmədiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər