25 Oktyabr 2014 14:04
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə davam edən Avropa Birliyinin zirvə toplantısında İngiltərə şoku yaşanır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis iqtisadiyyatının 1995-ci ildən gözləniləndən daha çox böyüdüyünü müəyyənləşdirən Avropa Birliyi ümumi büdcə üçün Londondan 2,1 milyard avro əlavə ödəmə tələb edib. İngiltərə baş naziri Devid Kemeron buna sərt reaksiya göstərərək pulun ödənilməyəcəyini qeyd edib.

Növbəti cavab isə Birləşmiş Krallığın Müstəqillik Partiyasının baş direktoru Naycel Farageindən gəlib. O Avropa Birliyini qan içən vampir adlandırıb: “Avropa Birliyi ödəmələrin azaldacağını açıqlamışdı. İndi isə biz görürük ki, əksinə ödəmələr artır".

Yayılan xəbərlərə görə, İngiltərədən Avropa Birliyinə ödəniləcək məbləğin həcmi dekabrın 1-də müəyyən olunacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər