“Amerikanın strateji B-1 bombardmançı təyyarələrini Norveçə göndərməsi strateji sabitlik və sülh üçün əngəllər yaradır”.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin tvitter səhifəsində məlumat yerləşdirilib.
ABŞ ordusunun strateji bombardmançı təyyarələri Orland aviabazasında yerləşdirilib.
Təyyarələr bir ay ərzində Rusiyanın şimal-qərb sahilləri yaxınlığında və Arktika bölgəsində uçuşlar həyata keçirəcəklər.