19 Fevral 2021 18:40
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası parlamentinin aşağı palatası – Federal Məclisin Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Valeri Raşkin “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişindən sonra Baş Prokurorluğa müraciət edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Vladimir Solovyovun veriliş zamanı müxalifət lideri Aleksey Navalnını nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə etməsidir. V.Raşkin özü Baş Prokurorluğa müraciət etməsi barədə məlumat Znak.com-a təsdiqləyib.

“Hitler şəxsən çox cəsur bir insan idi. Bu qulfikfürerdən (Navalnını nəzərdə tutur) fərqli olaraq ordunu biçməyib. Hitler döyüşüb, Birinci dünya müharibəsində cəsarətlə döyüşüb”, – deyə Solovyov efirdən bildirib.

İnternet istifadəçilərinin fikrincə, Solovyovun işlətdiyi fikirlərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 1-ci hissəsi (“Nasizmə bəraət qazandırılması”) ilə cinayət tərkibi görülə bilər.

Deputat V.Raşkin Baş prokurordan V.Solovyovun fikirlərinin ekstremist fəaliyyət əleyhinə və nasizmin reabilitasiyasının qadağan olunması ilə bağlı qanunların pozulması kontekstində araşdırılmasını xahiş edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər