20 Fevral 2021 20:47
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirus infeksiyası – COVID-19 əleyhinə daha bir peyvəndi qeydiyyata alıb. Yeni peyvənd “KoviVak” adlanır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin açıqlayıb.

O qeyd edib ki, üçüncü peyvənd Rusiya Elmlər Akademiyasının M.Çumakov adına İmmunobioloji Preparatların Tədqiqi və Emalı üzrə Federal Elmi Mərkəzdə hazırlanıb.

Bu, Rusiyada Qamaley Mərkəzinin hazırladığı “Sputnik V” və Rospotrebnadzor-un “Vektor” Mərkəzinin hazırladığı “EpiVakKorona”dan sonrakı üçüncü peyvənddir.


Müəllif: Səxavət

Oxşar xəbərlər