Ukraynanın Baş naziri Denis Şmıqal köməkçisi və sənaye naziri Oleq Uruskiyə müraciət edərək, Çeçenistan başçısı Ramzan Kadırovla çəkdirdiyi fotoya görə izahat tələb edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
Köməkçisinin Kadırovla şəklini sosial şəbəkədə paylaşan Şmıqal qeyd edib: “Oleq Uruskidən təcili bir açıqlama gözləyirəm”.
“İnterfaks-Ukrayna” fotoşəkilin fevralın 21-də BƏƏ-də baş tutan Beynəlxalq Müdafiə Sərgisində çəkildiyini bildirib.