26 Oktyabr 2014 00:05
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayından bu yana suların durulmadığı Ukraynanın şərqindəki 15 seçki bölgəsində seçki keçirilməyəcək. 35 milyondan çox seçicinin olduğu Ukraynada, Rusiya tərəfdarı olan separatçılarla silahlı qarşıdurmaların davam etdiyi şərq bölgələrində yaşayan 3 milyona yaxın seçici səsvermə imkanından istifadə edə bilməyəcək.

Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, müstəqil namizədlərlə birlikdə 6 min 627 millət vəkili namizədinin 450 mandatlıq parlamentdə yer ala bilmək üçün yarışacağı seçkiləri 41 ölkədən 2300-dən çox beynəlxalq müşahidəçi və minə yaxın jurnalist izləyəcək. 29 siyasi partiyanın qatılacağı seçkilərdən "Petro Poroşenko Bloku"nun Poroşenko iqtidarını gücləndirərək çıxacağı təxmin edilir.

Baş nazir Arseniy Yatsenyukun rəhbərlik etdiyi, Ali Radanın başçısı Aleksandr Turçinov, daxili işlər naziri Arsen Avakov və şərqdəki silahlı qarşıdurmalarda iştirak edən çox sayda könüllü komandirin də millət vəkili namizədi olduğu Xalq Cəbhəsi Partiyasının da seçkilərdə yüksək səs qazanması gözlənilir. Seçkilərin ardından "Petro Poroşenko Bloku" ilə Xalq Cəbhəsi Partiyalarının koalisiya meydana gətirərək hökumət qurması nəzərdə tutulur.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər