Kanadanın Ontario əyalətinin Sarniya şəhərində partlayış baş verib.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində çoxlu sayda insan xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb briqadaları gəlib. Ətraf küçələr bağlanıb. Partlayışın səbəbi və xəsarət alanların sayı barədə məlumat verilmir. Baş vermiş partlayışın qəsdən törədilməsi və terror akisiyası olması da istisna edilmir.