25 Fevral 2021 19:33
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, telefon danışığı Rusiya müdafiə nazirinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Ermənistandakı vəziyyəti, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ilə bağlı məsələni müzakirə ediblər.


Müəllif: Teleqraf.com