Ukraynada Ali Radaya növbədənkənar seçkilərdə səsvermə başa çatıb. Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə 10.00) açılıb və səsvermə 12 saat davam edib. Ölkədə 35 milyondan artıq seçici qeydə alınıb.
Keçirilmiş “exit-pol”un nəticələrinə görə, Radaya 7 partiya keçə biləcək: "Petro Poroşenko bloku" 23 faiz səslə liderdir, ikinci yerdə 21,3 faiz səslə "Xalq Cəbhəsi"dir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Donetsk vilayətinin 21 seçki dairəsindən 9-da, Luqansk vilayətinin isə 11 seçki dairəsindən 6-da seçkilər keçirilməyib. Ukraynanın şərqində 3 milyona yaxın, Krımda isə 1,8 milyon seçici səs vermək imkanı əldə edib.
Ukrayna MSK-nın yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00) açıqladığı məlumata görə, seçicilərin 40, 42 faizi səsvermədə iştirak edib.
Ukraynada beş il müddətinə 423 deputat seçiləcək. Onların 198-i təkmandatlı majoritar dairələrdən, 225-i isə 5 faizlik həddi keçən partiyaların siyahısı ilə mandat qazanacaq.