27 Oktyabr 2014 01:52
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin məmurluqdan prezidentliyinin başa çatdığı dövrə qədərki əşyalarının sərgiləndiyi Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyi açılıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Atabəy bölgəsinə bağlı İslamköydə muzeyin açılış mərasiminə Trkiyə Böyk Millət Məclisinin sədri Cəmil Çiçək, CHP başanı Kamal Kılıçdaroğlu və MHP başqanı Dövlət Baxçalı olmaqla xeyli siyasətçi, iş adamı və jurnalist qatılıb.

Mərasimdə çıxış edən Süleyman Dəmirəl Ispartadaki qəzada həyatlarını itirən universitet tələbələri üçün Allahdan rəhmət diləyib, bütün ölkə vətəndaşlarını Cümhuriyyət bayramı mnasibətilə təbrik edib.

Qazi Mustafa Kamal Atatürkü qürurla andığını deyən Dəmirəl "Ona borcluyuq. Bu borc əbədidir və hər gün söyləsək, yenə də çox şey etmiş olmarıq" deyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər