1 Mart 2021 11:30
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Co Bayden administrasiyası İrana qarşı həddən artıq yumşaqlıq göstərir, çünki Tehrana qarşı sanksiyaları sərtləşdirmir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Bayden rəhbərliyi danışıqlara başlamazdan əvvəl də axmaqlıq edərək təzyiq göstərməkdən imtina edir. Sanksiyaları buraxın və danışıqlar aparın. Nə danışdığımı başa düşən varmı?”, - Tramp bildirib.

O, demokratların yanaşmasının onu kədərləndirdiyini söyləyib: “Dedilər ki, heç bir sanksiya tətbiq etməyəcəyik, razılığa gələcəyik”.

Tramp qeyd edib ki, əgər seçkilərdə qalib gəlsəydi, ABŞ və İran bir həftə içində Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşmalar əldə edəcəkdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər