İngiltərədə fəaliyyət göstərən Türk Dərnəkləri Birliyi (BTA) bu ölkədə yaşayan türk əsilli vətəndaşlardan bu ay keçiriləcək siyahıyaalmaya qatılmalarını istəyib.
Teleqraf.com xəbər verir ki, BTA-dan verilən açıqlamada İngiltərədə martın 21-də siyahıyaalma keçiriləcəyi bildirilib.
Açıqlamada siyahıyaalmaya qatılmanın həm ölkədəki türk toplumunun həqiqi sayını göstərmək, həm də bir icma olaraq ictimai-siyasi həyatda daha çox söz sahibi olmaq üçün vacib olduğu vurğulanıb.
Siyahıyaalınmanın internetdə keçiriləcəyinə diqqət çəkilən açıqlamada türklərdən müvafiq anketləri doldurmaq istənilib.