Ağ Evin sözçüsü Cen Psaki ABŞ Prezidenti Co Baydenin hələ nə üçün türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi qurmadığına dair sualı cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Psaki Baydenin hələ zəng vuracağı bir çox dünya liderinin olduğunu deyib.
“Bayden bu görüşləri önümüzdəki həftə və aylarda keçirəcək. Əminəm ki, Ərdoğanla da görüşəcək”, - Ağ Evin sözçüsü bildirib.