7 Mart 2021 09:48
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr Türkiyənin milli məsələsidir.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Kiprdə qarant dövlətlərdən biri Türkiyədir:

“Həqiqəti əks etdirməyən bəyanat və təşəbbüslər nə Cənubi Kiprə, nə də Yunanıstana fayda verəcək. Onlar bir an əvvəl türklərin bölgədəki varlığını qəbul etməlidirlər. Bölgədə yaşayan xalqlar da eyni hüquqa malikdirlər. Ümid edirik ki, Avropa Birliyi (AB) də bu mövzuda lazım olan addımları atacaq. Çox təəssüf ki, bölgədə baş verən hadisələrə sadəcə yunanların gözü ilə baxılmaqdadır. Bu da beynəlxalq hüquq normalarına zidd hərəkətdir. Adada artıq tək çıxış yolunun ikidövlətli həll variantı olduğunu hamı görməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər