8 Mart 2021 15:27
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Yaponiyanın Kioto şəhərində keçirilən cinayətlərin qarşısının alınması üzrə beynəlxalq konqresdə çıxış edərək Birləşmiş Millətlər Təşkilatını (BMT) narkotiklərin leqallaşdırılmasına imkan verməməklə yanaşı bu problemin hərtərəfli və balanslı şəkildə həllinə çağırıb.

Teleqraf.com xəbər verir ki, martın 8-də keçirilən konqresdəki çıxışı zamanı Rusiya daxili işlər naziri deyib:

“Biz dövlətlərin BMT-nin müvafiq konvensiyaları üzrə öhdəliklərinə ciddi şəkildə riayət etmələrində, narkotiklərin leqallaşdırılmasının yolverilməzliyi və dünyada narkotik probleminin hərtərəfli və balanslı həllində israr edirik”.

V.Kolokoltsev çıxışı zamanı koronavirus pandemiyası dövründə narkomarşrutların dəyişməsinə də diqqəti yönəldib.


Müəllif: Səxavət

Oxşar xəbərlər