Əbdülfəttah əs-Sisinin 2013-cü ildə qiyamla hakimiyyətə gəldikdən sonra gərginləşən Misir-Türkiyə münasibətləri normallaşmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr Ankaradan Qahirə ilə Aralıq dənizinin şərqindəki anlaşılmazlıqla bağlı razılaşmanın ola biləcəyi mesajlarını verdiyini yazıb.
Mənbənin iddiasına görə, Sisi Misir mediasına Türkiyə əleyhinə yayımların dayandırılması təlimatı verdiyini də iddia edib: “Bu, iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə girdiyini göstərir”.
Professor Bilal Sambur Türkiyə və Misirin münasibətləri normallaşdırmaq barədə razılığa gəlməsinin Yunanıstanı çətin vəziyyətə saldığını bildirib.
“Sisinin qiyamından sonra bölgədə böhran başladı. Xüsusilə, Aralıq dənizinin şərqində gərginlik ortaya çıxdıqdan sonra Misir Yunanıstan və Cənubi Kiprin yanında yer aldı. Üstəgəl, Türkiyənin Liviya siyasətinə qarşı çıxdı. Ancaq bu gərginliyə baxmayaraq, Türkiyə-Misir münasibətlərində normallaşma zərurəti yaranıb. İndi Aralıq dənizinin şərqində yeni balans yaranır. Bu bölgənin qarşıdakı dönəmdə önəmli dəhliz olmaq ehtimalı var. Bu baxımdan, Misirin həm strateji, həm iqtisadi, həm də siyasi əhəmiyyəti artır. Misirlə hər məsələdə anlaşa bilməsək də, müəyyən mövzularla bağlı bunu edə bilərik.
Türkiyə və Misir Aralıq dənizinin iki önəmli ölkəsidir. Hər iki ölkənin bir-birinə ehtiyacı var. Tərəflər son dönəmdə gərginlik əvəzinə münasibətlərin normallaşmasını istəyir. Bu yöndə qarşılıqlı mesajlar verilir”.
Professor belə bir vəziyyətin bu günədək Misirin dəstəyinə arxalanan Yunanıstanı çətin duruma saldığını bildirib.