12 Mart 2021 17:20
2 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT sədri Ann Linda Donbasdakı vəziyyətdən təşvişə düşdüyünü və Minsk razılaşmalarının həyata keçirilməsinə çalışacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, Linda Ukraynanın işğal edilmiş Donbas bölgəsində vəziyyətin gərginləşdiyini deyib.

“Son vaxtlar atəşkəsin tez-tez pozulması ciddi narahatlıq yaradır. Beynəlxalq hüquq normalarına, xüsusən də beynəlxalq humanitar hüquqa riayət etmək, şübhəsiz ki, zəruridir”, - ATƏT sədri qeyd edib.

O, mövcud qarşılıqlı fəaliyyət formatlarını dəstəklədiyini bildirib və tərəfləri Luqansk bölgəsindəki nəzarət məntəqələrini açmağa çağırıb.

Qeyd edək ki, martın 10-da Ukrayna Silahlı Qüvvələri və Luqansdakı separatçılar arasında toqquşma baş verib. Atəşkəs separatçılar tərəfindən pozulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər