13 Mart 2021 00:13
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən haqda yazılmış kitab Yunanıstanda satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Amerikalı tarixçi Con Pal tərəfindən qələmə alınmış “Hizmətin həyatı” (“A Life of Hizmet) adlı kitab Yunanıstanda fəaliyyət göstərən “Papazisis” nəşriyyatı tərəfindən tərcümə edilərək oxuculara təqdim olunub.
Nəşriyyatın rəhbəri Katerina Marku terror təşkilatının başçısını “Türkiyə və dünyada sevilən dini lider” kimi təqdim edib.
Türk mediası bildirib ki, FETÖ 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd etdikdən sonra ABŞ, Almaniya və bir sıra ölkələr kimi, Yunanıstan da Fətullah Gülənə qucaq açıb. Bu gün də “qırmızı bülleten”lə axtarılan bir çox terrorçunun Yunanıstanda olduğuna diqqət çəkilib.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər