Türkiyə Xarici İşlər Nazirliyi Qüdsdə diplomatik nümayəndəlik açan Çexiyaya etiraz edib.
Teleqraf.com xəbər verir ki, XİN Çexiyanın Qüdsdə diplomatik ofis açmasından narahat olduğunu bildirib.
Nazirlik tərəfindən verilən açıqlamada sözügedən addımın Fələstin-İsrail münaqişəsinin əsas parametrlərindən biri olan Qüdsün statusunu dəyişdirmək cəhdi olduğu deyilib.
Qeyd edək ki, Çexiya martın 11-də Təl-Əvivdəki səfirliyinə bağlı olaraq Qüdsdə diplomatik nümayəndəlik açıb.