20 Mart 2021 17:03
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vətəndaşlarından Rusiyanın Vaşinqtondakı səfirliyinə Prezident Co Baydenin rus həmkarı Vladimir Putin haqda səsləndirdiyi fikirlərə görə üzr istəyən məktublar daxil olub.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çıxış edib.

“Rusiya və ABŞ arasında dostluq münasibətlərinin inkişafına dəstək olaraq səfirliyə məktub göndərən Amerika vətəndaşlarına dərin təşəkkürümü bildirirəm. Bir çoxları fikir ayrılığını dilə gətirib, bu yaxınlarda Vaşinqtondan Rusiya barədə verilən açıqlamalara görə üzr istəyiblər”, - səfir bildirib.

Co Bayden bundan əvvəl “ABC News” telekanalına verdiyi müsahibəsində Putini “qatil” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər