23 Mart 2021 10:00
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri karantin rejiminin 18 aprelə qədər uzadılması barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, kansler koronavirus mutasiyalarının ciddi təhlükə olaraq qaldığını bildirib. .

11 saatlıq toplantıdan sonra Merkel virusa hələ ki qalib gələ bilmədiklərini söyləyib: "Virusu məğlub edə bilmədik, yaxamızdan əl çəkmir. Daha çox yoluxucu olan "Britaniya" ştammı əslində yeni bir virusdur"

Hazırda Almaniyada karantin qışdakı kimi sərt deyil. Məktəblər, uşaq bağçaları, bərbərxana, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır.

Xəstəliyə yoluxanların sayındakı artım yanvar və fevral aylarında azalsa da, mart ayından göstəricilər yenidən artmağa başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər