Türkiyə Aralıq dənizinin şərqində gərginliyi aşağı salmaq istiqamətində addımlar atdığının siqnalını verir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Bundestaqında çıxışı zamanı ölkənin federal kansleri Angela Merkel bildirib.
O deyib ki, Türkiyə, sadəcə NATO-nun müttəfiqi deyil, Avropa İttifaqının gerçək qonşusu və Aİ-nin sərhədləri xaricində ən çox əhaliyə malik ölkəsi olaraq strateji əhəmiyyətə malikdir.
Türkiyənin çox etibarlı bir ortaq olduğunu söyləyən kansler Ankaranın miqrant böhranının tənzimlənməsindəki rolunu tərifləyib. Türkiyə sayəsində Avropaya miqrant axınının dayandığını və Egey dənizində ölümlərin azaldığını söyləyən Merkel, Türkiyə ilə Aİ arasında miqrantlarla bağlı razılaşmanın yenilənməsini dəstəklədiyini qeyd edib.
Alman kansler Türkiyənin İstanbul Konvensiyasından geri çəkilməsinə toxunaraq, “Bu qərarı təəssüf hissi ilə qarşıladıq”, – deyib.