1 Aprel 2021 23:12
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Vladimir Poznerin Tiflisdə etirazla qarşılanmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Rusiya vətəndaşlarının Gürcüstana səfər etməsinin təhlükəli olduğunu söyləyib.

“Gürcüstan orada olan Rusiya vətəndaşları üçün təhlükəlidir. Oraya getmək sadəcə təhlükəlidir və ruslar bunu açıq şəkildə anlamalıdırlar”, - Peskov deyib. O, Moskvanın aksiyanın yalnız teleaparıcıya qarşı yönəldiyinə inanmadığını bildirib. Pozner martın 31-də ad gününü qeyd etmək üçün Tiflisə gəlib. Təxminən 50 dostu və həmkarı onunla birlikdə Gürcüstanın paytaxtına uçub.

Pozner Gürcüstandan aprelin 3-də qayıtmalı idi, lakin etirazlardan sonra ölkəni vaxtından əvvəl tərk edib. Müxalifət üzvləri və fəallar vaxtilə Abxaziyanın bir daha Gürcüstanın bir hissəsi olmayacağını deyən Poznerin qaldığı otelin qarşısında piket təşkil ediblər. Onun qaldığı oteli yumurta atəşinə tutublar. Pozner bundan sonra polislərin müşayiəti ilə hava limanına gedərək Moskvaya qayıdıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər