Xəbər verdiyimiz kimi, Türkiyədə Karaman bölgəsindəki Pambıqlı kəndi yaxınlarındakı bir kömür mədənində baş verən qəza nəticəsində 18 işçi yerin altında qalıb.
Teleraf.com-un xəbərinə görə, işçilərin xilas etdilməsi yönndə işlər davam edir.
Türkiyənin enerji naziri Taner Yıldız və nəqliyyat naziri Lütfü Elvan bölgəyə səfər edib. Onlar mədən ocağının səlahiyyətliləriylə yığıncaq keçirib. Baş nazir Əhməd Davudoğlu isə yaşananlar ilə əlaqədar anbaan məlumatlandırılır.
Jurnalistlərə açıqlama verən Taner Yıldız mədəndəki son durum barədə bunları deyib:
"Hazırda 18 işçi qardaşımızın yerin altında qaldığı bir mədəndəyik. Suyun haradan gəldib mədənə dolduğu hələ bəlli deyil. Suyun mədəndən çıxarılması davam edir. Zaman əleyhimizə işləyir".
Nihad