“Kiyev Krım uğrunda müharibəyə NATO ilə birgə hazırlaşır”.
Teleqraf.com xəbər verir ki, bunu Donbas münaqişəsinin həlli ilə bağlı qurulmuş təmas qrupundakı Ukrayna nümayəndə heyətinin mətbuat katibi Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, NATO-nun “Defender Europe 2021” təlimləri çərçivəsində silahlı qarşıdurma, Rusiya ilə müharibə məşqləri ediləcək.
Arestoviç əsas diqqətin Balkan yarımadası, Krım və digər bölgələr olacağını söyləyib.
NATO-nun “soyuq müharibə”dən bəri ən böyük təlimlərinin may-iyun aylarında keçiriləcəyi qeyd olunub. Ukrayna, Gürcüstan və Moldova ittifaqın tərəfdaş ölkələri qismində təlimlərdə iştirak edəcək.