Türkiyədə 103 təqaüdçü admiral barədə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, 103 təqaüddə olan admiral Türkiyə milli təhlükəsizliyini və maraqlarını hədəfə alan bəyanat yayıb.
Prokurorluğun məlumatına görə, bəyanatda dövlət çevrilişinə eyham vurulub.
Baş Prokurorluq bəyanatın yayılmasından sonra 103 admiral barəsində cinayət işinin açıldığını bildirilib.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyanata sərt reaksiya verib.
“Bir qrup keçmiş hərbçinin çevriliş dövrlərini xatırladan açıqlaması onları zavallı və gülünc göstərir. Onlar bilməlidirlər ki, əziz millətimiz və onun nümayəndələri bu düşüncə tərbiyəsi həvəskarlarına əsla icazə verməyəcəklər. Həddinizi bilin və yerinizdə oturun”, - Kalın bildirib.