Rusiya Dövlət Dumasının vitse-spikeri və “Vahid Rusiya” fraksiyasının sədr müavini Lyudmila Şveçova 66 yaşında vəfat edib.
Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Dumasından təsdiqləyiblər.
“Ötən gecə Dövlət Dumasının sədr müavini, bizim komitənin üzvü Lyudmila Şveçova vəfat edib. Ruhu şad olsun!”, - Dumanın deputatı Andrey İsayev özünün Tvitter səhifəsində yazıb.