5 Aprel 2021 16:27
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin qısa və orta mənzilli raketləri yerləşdirmə planlarına cavab olaraq hərbi tədbirlər görəcəyinə dair xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

Diplomat deyib ki, amerikalılarla Avropa və Asiya Sakit okeanda müttəfiqlərinin quruda qısa və orta mənzilli raketlər yerləşdirilməsinin qarşısını praktikada ala biləcək tədbirləri araşdırmağa davam edir: “İngiltərənin planları da bura daxildir”.

Rus diplomatı əlavə edib ki, onlar dialoq üçün heç bir şəkildə qapını bağlamırlar, ancaq mövcud durumda Amerikanın ortaya çıxan raket təhdidləri qarşısında Rusiya hərbi-texniki tədbirlər almaq məcburiyyətində qalacağını istisna etmirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər