Türkiyədə son sutkada 248 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, gün ərzində 302 min 735 koronavirus testi aparılıb, onlardan 52 min 676-sı müsbət çıxıb.
32 min 539 nəfərin koronavirus müalicəsi başa çatıb.