Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Rusiyanı qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığındakı fəallığına aydınlıq gətirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, nazir rus ordusunun bölgədəki aktivliyinin şübhəli olduğunu bildirib.
“Rusiyanın gizlədəcək bir şeyi yoxdursa, o zaman qoşunlarının bölgədəki davranışlarının hansı məqsədə qulluq etdiyini asanlıqla izah edə bilər”, - Karranbauer deyib.
Bundan əvvəl Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian da oxşar açıqlama ilə çıxış etmişdi.
Onun sözlərinə görə, Rusiya bölgədəki hərbi aktivliyini şəffaf şəkildə açıqlamalıdır.