Suriya prezidenti Bəşər Əsədə məxsus qüvvələr İdlibdə qaçqınların məskunlaşdığı çadır şəhərciyinə hava hücumu həyata keçirib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlarda hadisə nəticəsində 40 nəfərin öldüyü bildirilir.
Suriya Ümumi İnqilab Şurası ölənlərdən çoxunun uşaq və qadın olduğunu qeyd edib. Yaralıların sayı isə hələlik açıqlanmır. Rəsmilər ölü sayının artacağını istisna etmir.
Samir