16 Aprel 2021 23:57
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə Türkiyə arasında 5.5 milyard dollarlıq ticarət həcmini iki qat artırmaq istədiklərini söyləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində danışıb.

Zelenski Türkiyə ilə yaxşı əlaqələrinin olduğunu deyib və bu ölkə ilə birgə layihələrinə diqqət çəkib.

İki ölkə arasında 5.5 milyard dollarlıq ticarət həcminin olduğunu bildirən Ukrayna lideri bunu iki qat artırmaq istədiklərini vurğulayıb. Eyni zamanda, NATO üzvü olan Türkiyənin alyansa üzvlüyünə əhəmiyyətli dəstək verdiyini də diqqətə çatdırıb.

Ukrayna lideri Qara dəniz ölkələri arasındakı əməkdaşlığın əhəmiyyətinə də toxunub: “Burada təhlükəsizlik baxımından bir çox şey Türkiyəyə bağlıdır. Bu bölgənin təhlükəsizliyi ilə bağlı ortaq mövqeyə sahib olmaq istəyirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər