18 Aprel 2021 18:42
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirə şəhərindən şimalda yerləşən Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, Qahirə - Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində 103 sərnişin xəsarət alıb.

Yaralıları yerli xəstəxanalara çatdırmaq üçün hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib.


Müəllif: Teleqraf.com