ABŞ COVID-19 pandemiyası səbəbindən dünya ölklərinin mütləq əksəriyyətinə təsir edəcək radikal qərar verməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Vaşinqton vətəndaşlarına dünyadakı ölkələrin azı 80 faizinə “səyahət etməyin” mənasını verən dördüncü səviyyəli səyahət xəbərdarlığı yayımlamağa hazırlaşır.
Dövlət Departamentinin rəsmi açıqlamasında qeyd edilir ki, COVID-19 pandemiyası səyahət edən insanlara “bənzəri görünməyən risklər” təşki edir.
Bu risklər fonunda Dövlət Departamenti Amerika vətəndaşlarına xarici ölkələrə səyahətlərini ciddi şəkildə nəzərdən keçirmələrini tövsiyə edir.
Dövlət Departamenti bu həftədən başlayaraq ölkələrə olan səyahət xəbərdarlığını yeniləcəyinə işarə edərək bildirib ki, bu yeniləmənin nəticəsi olaraq dördüncü səviyyədə dünya ölkələrinin 80 faizinə səyahət etməmək xəbərdarlığını edəcək.
Hazırda Çad, Kosova, Keniya, Braziliya, Argentina, Haiti kimi ölkələrin olduğu ümumilikdə 34 ölkə ilə bağlı ABŞ dördüncü səviyyəli “səyahət” xəbərdarlığı edib.
Qeyd edək ki, ABŞ İngiltərə, Braziliya, İran və Cənubi Afrikadan gələn və ölkə vətəndaşı olmayan şəxslərin Amerikaya girişinə məhdudiyyət qoyub.