İsveçin Müdafiə naziri Peter Holqvist PKK terror təşkilatının Suriya qolu YPG-yə rəhbərlik edən “Məzlum Abdi” ləqəbli Fərhad Abdi Şahinlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı isveçli nazir ölkəsinin YPG-yə yardımının davam edəcəyini bildirib.
“İŞİD-ə qarşı Suriyanın şimal-şərqində təhlükəsiz yaşamaq qaranti altına alınmalıdır. İsveç olaraq sizinlə əməkdaşlıq edirik və uzun müddətdir dəstək göstəririk. Beynəlxalq koalisiyanın həbsxanalarının yerinə daha təhlükəsiz və modern həbsxanaların inşa edilməsi üzərində işləyirik”, - İsveçin müdafiə naziri deyib.
Xatırladaq ki, nazir olmazdan əvvəl İsveçdə PKK-nın təşkil etdiyi tədbirlərə qatılan Peter Holqvist haqqında yerli media “Terror damğalı PKK tədbir keçirir, Peter Holtqvist də bunu dəstəkləyir” şəklində yazılarla çıxış edib.
Qeyd edək ki, ötən ay İsveç Xarici işlər naziri Linde də PKK-nın Suriya qolu YPG-nin uzantısı SDG-nin liderlərindən olan İlham Əhmədlə onlayn müzakirələr aparıb və dəstəyini ifadə edib.