Rusiya baş nazirinin müavini Yuri Borisov Türkiyənin Ukraynaya pilotsuz təyyarələr tədarük edəcəyi təqdirdə, Ankara ilə hərbi-texniki əməkdaşlığa yenidən baxılacağını söyləyib.
Teleqraf.com-un xəbərinə görə, açıqlama Rusiya Prezidenti Vladimir Putinin ölkə parlamentindəki çıxışından sonra verilib.
Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dayandırılıb-dayandırılmayacağı sualına cavab olaraq, baş nazirin müavini hər məsələnin ayrı-ayrılıqda qiymətləndiriləcəyini bildirib: “Hər bir məsələyə xüsusi olaraq baxacağıq”.
Borisov Türkiyənin Ukraynaya dron tədarük edəcəyi təqdirdə, Ankara ilə hərbi-texniki işbirliyinə yenidən baxılacağını söyləyib.