29 Aprel 2021 20:57
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a alyansın Brüsseldəki qərargahındakı mənbə məlumat verib.

“NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılması başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”, - agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında başa çatdırmaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər