29 Aprel 2021 23:42
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York şəhərində koronavirus pandemiyası səbəbilə tətbiq olunan bütün məhdudiyyətlər iyulun 1-i ləğv olunacaq.

Teleqraf.com-un məlumatına görə, bunu "MSNBC" telekanalının efirində şəhərin meri Bill de Blazio deyib.

Mer bildirib: "Biz şəhəri iyulun 1-i tam açmaöa hazırıq. Mağazaları, müəssisələri, ofisləri, teatrları açmağa hazırıq. Düşünürəm ki, Nyu-Yorkda çox sayda insan olacaq".

Qeyd edək ki, sözügedən planların həyata keçirilməsi ştatın qubernatoru Endryu Kuomunun dəstəyindən asılıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər